İstanbulun "Başakşehir" klubundan Abbosbek Fayzullayevin transferi üçün Moskva ÇSKA-sına ödənişin köçürülməsi ilə bağlı problemlər yaşadıqlarını bildiriblər.
İdman.biz xəbər verir ki, Türkiyə təmsilçisi iyulun sonunda özbəkistanlı yarımmüdafiəçi ilə 5 il müddətinə müqavilə imzaladığını açıqlayıb.
Mətbuatda transferin məbləğinin isə 7 milyon avro olması barədə məlumat yayılmışdı.
“İstanbul Başakşəhər” klubundan "Match TV”yə mövzu ilə bağlı belə açıqlama verilib: "Transferin ödənişi ilə bağlı problem yoxdur, amma pulun köçürülməsi ilə bağlı çətinlik var".
İdman.biz