“Ferentsvaroş" “Qarabağ”ın azarkeşlərinə 1106 yer ayırıb

Xəbərlər
14 Avqust 2025 00:13
35
“Ferentsvaroş" “Qarabağ”ın azarkeşlərinə 1106 yer ayırıb

Azərbaycanlı azarkeşlər UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Ferentsvaroş" - “Qarabağ” oyununu tribunadan izləyə biləcəklər.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu üçün da "Ferencváros Stadion"da 1106 yer ayırılıb.

Azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Onalr əldə etdikləri vauçerləri oyun günü stadionun "Gate 4"də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 11 avrodur.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da saat 23:00-da start götürəcək.

İdman.biz