Sabah” – “Levski” matçına 5000 bilet satılıb

Xəbərlər
11 Avqust 2025 21:14
34
Sabah” – “Levski” matçına 5000 bilet satılıb

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) matçına satılan biletlərin sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, Bakıda keçiriləcək cavab oyununa 5000 bilet satılıb.

"Bank Respublika Arena" baş tutacaq görüşə biletlərinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir. Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin oyun günü stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – “Levski” görüşü avqustun 14-də saat 20:00-da start götürəcək. İlk görüşdə Boqlarıstan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz