Kriştiano Ronaldodan model Corcina Rodrigesə evlənmək təklifi - FOTO/VİDEO

Xəbərlər
11 Avqust 2025 21:56
115
Kriştiano Ronaldodan model Corcina Rodrigesə evlənmək təklifi - FOTO/VİDEO

"Əl-Nəsr"də çıxış edən portuqaliyalı ulduz Kriştiano Ronaldo model Corcina Rodrigesə evlənmək təklifi verib.

İdman.biz xəbər verir ki, Rodriges özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Ronaldonun təklfini qəbul etdiyini yazıb və barmağında dəyərli üzüyü nümayiş etdirib: "Bəli qəbul edirəm. İndi və bütün həyatım boyunca".

Qeyd edək ki, Ronaldo və Rodriges 2016-cı ildən münasibətdədir.

İdman.biz