İngiltərə Superkuboku ("FA Community Shield") uğrunda "Kristal Pelas" və "Liverpul" komandaları üz-üzə gəlib.
İdman.biz xəbər verir ki, 82645 tamaşaçının izlədiyi qarşılaşma Londonun "Uembli" stadionunda keçirilib.
Əsas vaxtı 2:2 bitən matçdan sonra penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn "Kristal Pelas" bu il ikinci kuboku qazanıb.
Oyunun sonuna yaxın sarı vərəqə alan "Liverpul"un lideri Məhəmməd Salah penaltilər seriyasında da fərqlənə bilməyib.
İngiltərə Superkuboku
Final
10 avqust
18:00. "Kristal Pelas" - "Liverpul" 2:2, pen. 3:2
Qeyd edək ki, ötən mövsüm 38 turda 84 xal toplayan mersisaydlılar İngiltərə çempionu olublar. "Qartallar" isə final matçında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə kubokunu qazanıblar.
İdman.biz