Polşa klubunun idman direktoru: "Renat Dadaşovun oyun stilini bəyənirəm"

Xəbərlər
11 Avqust 2025 16:05
32
Polşa klubunun idman direktoru: "Renat Dadaşovun oyun stilini bəyənirəm"

“Renat Dadaşovun oyun stilini bəyənirəm. “Radomiak”dan ayrıldı və “Motor”la anlaşdı".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanda legioner həyatı yaşamış, hazırda isə Polşanın “GKS Belçatov” klubunun idman direktoru olan Lukaş Sapela Sportal.az-a açıqlamasında deyib.

O, millimizin forvardı Renat Dadaşovun “Motor”a keçidinə və oradakı perspektivindən bəhs edib: "Renatın “Radomiak”dakı karyerası yaxşı alındı. Qısa müddətdə komandaya qoşulsa da, yaxşı çıxış etmişdi. Polşa çempionatına öyrəşib. Elə ona görə də, burada qaldı, “Motor”a keçdi. Təbii ki, Polşa çempionatı güclü liqadır, yaxşı səviyyədədir. Məncə, onun yeni komandasındakı işləri də yaxşı alınacaq".

Qeyd edək ki, 42 yaşlı futbol mütəxəssis "GKS Belçatov", "Rəvan", "Miedz" kimi klubların qapısını qoruyub.

İdman.biz