Yığmamızın oyunçusu bölgə klubu ilə anlaşıb

Xəbərlər
11 Avqust 2025 15:34
50
Yığmamızın oyunçusu bölgə klubu ilə anlaşıb

"Şamaxı" transfer çalışmalarını davam etdirir.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, mövsümün startına az qalmış bölgə klubu daha bir keçidi tamamlayıb.

"Şirlər" qapıçı Səlim Həşimovla anlaşıb.

"Qarabağ"da futbola başlayan gənc qapıçı 2020-ci ildən"Zirə"nin formasını geyinib.

18 yaşlı futbolçu bütün aşağı yaş millilərində çıxış edib.

İdman.biz