“Levski” - “Sabah” matçı izləyici sayına görə ilk "10-luq"da

Xəbərlər
10 Avqust 2025 16:06
97
“Levski” - “Sabah” matçı izləyici sayına görə ilk "10-luq"da

Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Sofiyanın “Levski”si ilə Bakının “Sabah” klubları arasında keçirilən matçı stadionda 6 163 tamaşaçı izləyib.

İdman.biz xəbər verir ki, bu göstərici ilə qarşılaşma yeddinci pillədə olub.

“Football Meets Data”nın məlumatına görə, ən çox tamaşaçı “Hayduk” (Xorvatiya) – “Dinamo” (Albaniya) matçında qeydə alınıb. Split təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan oyuna stadionda 31,6 min tamaşaçı baxıb.

Qeyd edək ki, “Levski” - “Sabah” oyunu meydan sahiblərinin 1:0 hesablı minimal hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.

İdman.biz