Konfrans Liqası: “Sabah”ın potensial rəqiblərinin duelində AZ böyük hesabla qalib gəlib

Xəbərlər
8 Avqust 2025 01:34
80
Konfrans Liqası: “Sabah”ın potensial rəqiblərinin duelində AZ böyük hesabla qalib gəlib

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan klublarından "Araz-Naxçıvan" "Omoniya", "Sabah" "Levski" ilə üz-üzə gəlib.

Bakı təmsilçisinin potensial rəqibləri - AZ (Niderland) "Vaduts"u (Lixtenşteyn) qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Araz-Naxçıvan"ın pley-offdakı mümkün rəqibləri - Avropa Liqasında qarşılaşam PAOK-la (Yunanıstan) "Volfsberger"in (Avstriya) görüşündə qalib bəlli olmayıb.

Türkiyə klubları isə səfərdə qələbə qazanıblar.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
7 avqust

20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Omoniya" (Kipr) - 0:4
20:00. "Aris" (Limassol, Kipr) - AEK (Afina, Yunanıstan) - 2:2
20:00. "Jalqris" (Litva) - "Arda" (Bolqarıstan) - 0:1
20:00. "Milsami" (Moldova) - "Virtus" (San Marino) - 3:2
20:00. "Rosenborq" (Norveç) - "Hammarbü" (İsveç) - 0:0
20:30. "Banik" (Çexiya) - "Austriya" (Avstriya) - 4:3
21:00. AİK (İsveç) - "Qyor" (Macarıstan) - 2:1
21:00. "Riqa" (Latviya) - "Beytar" (İsrail) - 3:0
21:00. "Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa) - 0:1
21:00. "Vikinq"(Norveç) - "Başakşəhər" (Türkiyə) - 1:3
22:00. "Anderlext" (Belçika) - "Şerif" (Moldova) - 3:0
22:00. AZ (Niderland) - "Vaduts" Lixtenşteyn) - 3:0
22:00. "Differdanj" (Lüksemburq) - "Levadiya" (Estoniya) - 2:3
22:00. "Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan) - 1:0
22:00. "Olimpiya" (Lyublyana, Sloveniya) - "Eqnatiya" (Albaniya) - 0:0
22:00. "Polessye" (Ukrayna) - "Pakş" (Macarıstan) - 3:0
22:00. "Sparta" (Praqa, Çexiya) - "Ararat-Armenia" (Ermənistan) - 4:1
22:00. "Vikinqur" (İslandiya) - "Linfild" (Şimali İrlandiya) - 2:1
22:15. "Lozanna" (İsveçrə) - "Astana" (Qazaxıstan) - 3:1
22:30. "Ballkani" (Kosovo) - "Şamrok Rovers" (İrlandiya) - 1:0
22:30. "Luqano" (İsveçrə) - "Selye" (Sloveniya) - 0:5
22:30. "Universitatya" (Krayova, Rumıniya) - "Spartak" (Trnava, Slovakiya) - 3:0
22:45. "Sent Patriks" (İrlandiya) - "Beşiktaş" (Türkiyə) - 1:4
22:45. "Vikinqur" (İslandiya) - "Brondbü" (Danimarka) - 3:0
23:00. "Hayduk" (Xorvatiya) - "Dinamo Siti" (Tirana, Albaniya) - 2:1
23:00. "Larne" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya) - 0:3
23:00. "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya) - 0:2
23:00. "Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail) - 0:1
23:00. "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya) - 2:2

İdman.biz