Konfrans Liqası: Sofiyada "Sabah"a son dəqiqə şoku - VİDEO/YENİLƏNİB

Xəbərlər
7 Avqust 2025 23:59
104
Konfrans Liqası: Sofiyada "Sabah"a son dəqiqə şoku - VİDEO/YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində "Sabah" Bolqarıstanda "Levski"nin qonağı olub.

Avropa Liqasının I təsnifat mərhələsində "Selye"yə (Sloveniya) uduzub, Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub”a (Moldova) qalib gələn Azərbaycan kubokunun qalibi səfərdə məğlub olub. "Levski" qələbə topunu 90+8-ci dəqiqədə vurub. Künc zərbəsindən sonra meydan sahibləri fərqləniblər - 1:0.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
22:00. "Levski" (Bolqarıstan) - "Sabah" (Azərbaycan) - 1:0
Qol:
Borislav Rupanov, 90+8

Baş hakim: Duye Strukan (Xorvatiya)
"Levski": 92. Svetoslav Vutsov, 21. Aldayr Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov, 12. Mustafa Sanqare
Baş məşqçi: Xulio Velaskes
"Sabah": 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels
Baş məşqçi: Valdas Dambrauskas
Sofiya, "Georgi Asparuxov" stadionu.

Qeyd edək ki, cavab oyunu avqustun 14-də Bakıda olacaq.

İdman.biz