Çempionlar Liqası: “Qarabağ” səfərdə qalib gəlib - VİDEO/YENİLƏNİB

Xəbərlər
5 Avqust 2025 23:55
404
Çempionlar Liqası: “Qarabağ” səfərdə qalib gəlib - VİDEO/YENİLƏNİB

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində ilk matçını səfərdə keçirib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Şimali Makedoniyada "Şkendiya" ilə qarşılaşıb. Ötən mərhələdə sürprizə imza ataraq Rumıniya çempionu FCSB-ni mübarizədən kənarlaşdıran makedonlar ilk görüşdə uduzublar. Toral Bayramovun 18-ci dəqiqədə penaltidən vurduğu qol matçda yeganə olub.

Bu qələbə sayəsində "Qarabağ" bir həftə sonra keçiriləcək cavab görüşünə daha rahat çıxacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol:
Toral Bayramov, 18 (p.)

Baş hakim: İvan Krujlyak (Slovakiya)
"Şkendiya": 24. Bakukar Qaye, 2. Aleksander Trumçi, 15. İmran Fetai, 5. Kliman Cake, 11. Ronaldo Vebster, 4. Reşat Ramadani, 6. Amadu Alhassan, 10. Endrit Kransiqi, 29. Fabris Tamba, 77. Liridon Latifi, 7. Besart İbrahimi (k)
Baş məşqçi: Jeton Beqiri
"Qarabağ": 99. Mateuş Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadəö
Baş məşqçi: Qurban Qurbanov
Skopye. “Todor Proeski” stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz