"Zirə" əlavə vaxtda mübarizəni dayandırıb - YENİLƏNİB/VİDEO

Xəbərlər
1 Avqust 2025 01:34
102
"Zirə" əlavə vaxtda mübarizəni dayandırıb - YENİLƏNİB/VİDEO

"Zirə" UEFA Konfrans Liqası II təsnifat mərhələsinin cavab matçında "Hayduk"un qonağı olub.

İdman.biz xəbər verir ki, komandamız Xorvatiyada mərhələ adalamağa çalışıb.

Splitdə də Bakıda keçirilən ilk oyunda olduğu kimi heç-heçə qeydə alınıb. Güclü rəqiblə mübarizədə "Zirə" 90+3-cü dəqiqədə məğlubiyyətdən qaça bilib. 77-ci dəqiqədən azlıqda qalan təmsilçimizin bundan artığına gücü çatmayıb. "Hayduk" əlavə vaxtda qələbə topunu vuraraq, mərhələ adlayıb.

"Zirə" turnirlə erkən vidalaşıb.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul
23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) - 2:1
Qollar:
Filip Krovinoviç, 19. Yassin Benrahu, 95 - İssa Cibrilla, 90+3
Baş hakim: Luka Pairetto (İtaliya)
"Hayduk": 1. İviça İvanuşiç, 29. Fran Karaçiç, 22. Branimir Mlaçiç, 31. Zvonimir Şarlija, 32. Simun Hrqoviç, 7. Antoni Kalik, 4. Adrion Pajaziti, 23. Filip Krovinoviç, 28. Rako Brajkoviç, 37. Noa Skoko, 10. Marko Lovaya (k)
Baş məşqçi: Qonsalo Qarsiya
"Zirə": 97. Tiaqo Silva, 20. İssa Cibrilla, 4. Ruan Renato, 26. Stefan Aka, 32. Qismət AAlıyev (k), 17. Ayron Qomis, 8. İsmayıl İbrahimli, 30. Quima, 11. Martins Junior, 7. Rövlan Muradov, 87. Abdul Batibie
Baş məşqçi: Rəşad Sadıqov
Split. Polyud stadionu.

İlk oyun - 1:1

Qeyd edək ki, “Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibi "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

İdman.biz