Yeni mövsümdə I Liqada çıxış edəcək "Səbail" heyəti komplektləşdirməkdə davam edir.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "dənizçilər" mövsümlərarası fasilədə heyətə yerli oyunçular cəlb etməklə yanaşı, ötən mövsüm komandanın formasını geyinmiş bəzi legionerləri də düşərgədə saxlamağa qərar verib.
"Dənizçilər" Daviq Qomis və Dmitri Litvinlə yola davam edəcək. Həm ukraynalı müdafiəçi, həm də Qvineya-Bisau əsilli fransalı hücumçu daha bir mövsüm "Səbail"in formasını geyinəcək.
Qeyd edək ki, son mövsümün yekunlarına əsasən paytaxt təmsilçisi Misli Premyer Liqasında sonuncu olmaqla I Liqaya yuvarlanıb.
İdman.biz