"Sumqayıt" gürcü futbolçu ilə vidalaşıb

Xəbərlər
28 İyul 2025 18:32
41
"Sumqayıt" gürcü futbolçu ilə vidalaşıb

Növbəti mövsümə hazırlığını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, komanda Giorgi Karaişvili ilə vidalaşıb.

29 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti artırılmayıb. Karaişvili "Sumqayıt"ın heyətində 23 oyunda bir qolla yadda qalıb.

Qeyd edək ki, Giorgi karyerasını Tbilisi "Dinamo"sunda davam etdirəcək.

İdman.biz