"Sportinq" komandanı tərk edən Viktor Gyökereşin əvəzedicisini tapıb.
İdman.biz xəbər verir ki, Lissabon təmsilçisi "Almeriya"da Luis Suares Çarrisi transfer edib.
Bu keçi portqaliyalılara 25 milyon avroya başa gəlib. Luis Suareslə 5 illik müqavilə imzalanıb. Onun müqaviləsində sərbəst qalma maddəsi 80 milyon avrodur.
Qeyd edək ki, Çarris ötən mövsümdə İspaniya Sequndasının ən sərrast futbolçusu olub. O, 41 oyunda 27 qol vurub.
İdman.biz