Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" hazırlıq planında dəyişiklik baş verib.
İdman.biz xəbər verir ki, komanda məşqlərini bu gündən Qəbələdə davam etdirəcək.
İmişlilərə avqustun 3-dək burada məskunlaşacaqlar. "İmişli" hazırlıq çərçivəsində “Karvan” və “Qəbələ” ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, əvvəlcə komandanın təlim-məşq toplanışının Bakıda keçirilməsi planlaşdırılmışdı.
İdman.biz