Rüstəm Əhmədzadə "Sumqayıt"da oynayacaq - VİDEO

Xəbərlər
28 İyul 2025 20:38
38
Rüstəm Əhmədzadə "Sumqayıt"da oynayacaq - VİDEO

"Sumqayıt" növbəti transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, komanda "Qarabağ"dan ayrılan futbolçu Rüstəm Əhmədzadə ilə müqavilə bağlayıb.

24 yaşlı hücumçu "Sumqayıt"la 2+1 illik müqavilə imzalayıb. Rüstəm "Sumqayıt"da "7" nömrəli formada çıxış edəcək.

O, Qəbələdə hazırlıq keçən klubun düşərgəsinə qoşulub.

Qeyd edək ki, Rüstəm Əhmədzadə son olaraq icarə əsasında "Zirə"nin formasını geyinib.

İdman.biz