UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində Yunanıstanın “Aris” klubunun qonağı olacaq “Araz-Naxçıvan”ın səfər planı müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirib.
Onun sözlərinə görə, Naxçıvan təmsilçisi Yunanıstana iyulun 29-da yollanacaq. Bir gün sonra isə baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı nəzərdə tutulub.
Klub rəsmisi “Araz-Naxçıvan”ı “Aris”lə oyunda dəstəkləmək üçün hələ ki, heç bir azarkeşin müraciət etmədiyini deyib.
Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" görüşü iyulun 31-də Salonikidəki "Klintis Vikelidis" stadionunda, Bakı vaxtı ilə 22:15-də start götürəcək. Naxçıvan təmsilçisi Bakıda baş tutan oyunda qələbə qazanıb - 2:1.
İdman.biz