Bu gün Qəbələdə yerli “Qəbələ” ilə “Sumqayıt” yeni mövsümə hazırlıq çərçivəsində yoxlama görüşündə qüvvələrini sınayıblar.
İdman.biz xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu Domi Massumo vurub.
Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə üçüncü qələbəsidir: daha əvvəl komanda “Şamaxı” (2:1) və “Kəpəz”ə (2:0) qalib gəlib. “Sumqayıt” isə bundan qabaq “İmişli” ilə heç-heçə oynayıb (0:0).
İdman.biz