Güclü yağış "Neftçi"yə oynamağa imkan verməyib

Xəbərlər
27 İyul 2025 19:30
33
Güclü yağış "Neftçi"yə oynamağa imkan verməyib

“Neftçi” yeni mövsümə hazırlığını Polşada davam etdirir.

İdman.biz xəbər verir ki, bu gün "ağ-qaralar" Yunanıstanın “Asteras” klubu ilə yoxlama oyunu keçirməli idilər.

Keltse şəhərindəki "Pilkarski" stadionunda Bakı vaxtı ilə saat 19:00-da start götürməli olan qarşılaşma güclü yağış üzündən təxirə salınıb.

İdman.biz

Məqalədə: