"Liverpul" meydana xüsusi köynəklərdə çıxıb, "Milan" qalib gəlib

Xəbərlər
26 İyul 2025 17:57
51
"Liverpul" meydana xüsusi köynəklərdə çıxıb, "Milan" qalib gəlib

“Liverpul” və “Milan” yoxlama oyununda qüvvələrini sınayıblar.

İdman.biz xəbər verir ki, Honkonqda keçirilən görüş İtaliya klubunun 4:2 hesablı qələbəsi ilə naşa çatıb.

"Liverpul"un oyunçuları meydana yol qəzası nəticəsində həlak olmuş hücumçu Diqo Jotanı anmaq üçün xüsusi köynəklərlə çıxıblar. Oyunun 20-ci dəqiqəsində hər iki komandanın azarkeşləri alqışlarla onun xatirəsini yad ediblər. Portuqaliyalı futbolçu “Liverpul”da məhz 20 nömrəli formanı geyinirdi.

Jota iyulun 3-də İspaniyada qardaşı Andre Silva ilə birlikdə dünyasını dəyişib.

Qeyd edək ki, Jota 2020-ci ildən “Liverpul”da çıxış edirdi.

İdman.biz

Məqalədə: