"Sumqayıt"ın Qəbələdə rəqibləri bəlli olub

Xəbərlər
25 İyul 2025 10:43
56
"Sumqayıt"ın Qəbələdə rəqibləri bəlli olub

"Sumqayıt"ın Qəbələ toplanışı zamanı hazırlıq oyunlarındakı rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi iyulun 27-də və avqustun 7-də "Qəbələ" ilə qarşılaşacaq.

“Sumqayıt”ın iyulun 31-də rəqibi "Kəpəz", avqustun 3-də isə "Şamaxı" olacaq.

Oyunların başlama saatı ilə hələ dəqiqləşməyib.

İdman.biz