"Oyundan əvvəl çox danışıldı. "Hayduk" daha güclü komanda olduğu deyilirdi".
İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında AFFA Məşrçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov deyib.
Sadıqov "Zirə"nin Konfrans Liqasında Xorvatiyanın "Hayduk" kollektivi ilə heç-heçə etdiyi (1:1) görüşlə bağlı fikirlərini bölüşüb: "Hesab edirəm ki, "Zirə" dünən göstərdi ki, "Hayduk"un adı sərgilədiyi oyundan ağırdır. Ona görə heç bir rəqibdən çəkinmək lazım deyil. "Zirə"nin potensialı var. Bunu dünən də gördük. Cavab qarşılaşmasında da müsbət nəticə əldə edə bilər. Komanda həmin görüşə itki ilə çıxacaq. Amma ən vacib olan komandada olan ruhdur. Düşünürəm ki, cavab oyununda da komanda tam gücünü qoyaraq hər birimizi sevindirməyə çalışacaq".
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 31-də Splitdə olacaq.
İdman.biz
