Ötən mövsümü Polşanın “Korona” klubunda keçirmiş Pedro Nunonun Azərbaycana geri qayıtmaq şansının yüksək olması haqda xəbər vermişdik.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Premyer Liqamızdan 2 klub ona təklif irəli sürsə də, portuqaliyalı futbolçu onları geri çevirib.
Buna səbəb isə təkliflərin 30 yaşlı futbolçunu razı salmamasıdır.
Pedro başqa klublardan gələn dəvətləri dəyərləndirməyi üstün tutub.
O, karyerası ərzində “Akademika Koimbra”, “Benfika”, “Tondela”, “Moreyrense”, “Belenenseş”, “Adanaspor” və “Səbail” klublarında oynamışdı.
İdman.biz