"İmişli" 2000 manata görə geri çəkilib

Xəbərlər
24 İyul 2025 10:19
78
"İmişli" 2000 manata görə geri çəkilib

Azərbaycan Premyer Liqasının startına bir aydan da az vaxt qalmasına baxmayaraq, "İmişli"nin ev oyunlarını harda keçirəcəyi hələ məlum deyil.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisinin Bakıdakı "ASCO Arena"ya və ya Quba Olimpiya kompleksinə üz tutacağı söylənilir.

Sözügedən məsələ ilə bağlı daxil olan məlumata görə, "İmişli" rəhbərliyi Qubadakı arena ilə maraqlansalar da, qarşı tərəfin şərtləri bölgə klubunu qane etməyib. Quba Olimpiya Kompleksin rəsmiləri elita klubundan hər oyun üçün 2000 manat istəyib. İmişlilər isə məbləğin çox olduğunu bildirərək, Quba variantından imtina etmək qərarına gəlib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

İdman.biz