Azərbaycan əsilli iş adamı: "Futbol işləri ilə məşğul olmuram"

Xəbərlər
22 İyul 2025 17:43
73
Azərbaycan əsilli iş adamı: "Futbol işləri ilə məşğul olmuram"

Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Tufan Sadıqov “Serik Belediyespor” klubu ilə heç bir əlaqəsinin olmadığını bildirib.

İdman.biz xəbər verir ki, daha əvvəl "Ximki” klubunun da investoru olmuş həmyerlimizin Türkiyə klubunun səhmlərinin 50 %-ni aldığı barədə məlumatlar yayılmışdı.

“Serik Belediyespor"u iyulun əvvəllərindən rusiyalı məşqçi Sergey Yuran çalışdırır. Rusiyanın dörd futbolçusu, o cümlədən Sadıqovun oğlu İlya da təzəlikcə bu kluba keçib.

Sadıqov qəti təkzib edir: “Haradan götürmüsünüz ki, bu mənim klubumdur? Sizə şərh vermişdim, heç nə dəyişməyib. Klubla heç bir əlaqəm yoxdur. Gündəlik işlərimlə məşğulam. Futbol işləri ilə məşğul olmuram, bunu dəqiq deyirəm”.

Qeyd edək ki, azərbaycanlı futbolçu Sərtan Taşkın da bir neçə gün əvvəl “Serik Belediyespor"a keçib.

İdman.biz