"Sumqayıt”la yenidən Azərbaycana dönüb

Xəbərlər
21 İyul 2025 17:37
63
"Sumqayıt”la yenidən Azərbaycana dönüb

Millimizin sabiq yarımmüdafiəçisi Filip Ozobiç yenidən Azərbaycana dönüb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən, o, minimum 1 il "kimyaçılar"ın şərəfini qoruyacaq.

Ozobiç çox yaxşı nəticə göstərsə, müqavilə 2027-ci ilin yayınadək uzadılacaq.

Qeyd edək ki, futbolçunun aylıq qazancı 10 min dollar təşkil edəcək.

İdman.biz