"Qarabağ" İrlandiyaya iyulun 21-də yollanacaq

Xəbərlər
20 İyul 2025 18:49
67
"Qarabağ" İrlandiyaya iyulun 21-də yollanacaq

“Qarabağ” gələn həftə UEFA Çempionlar Liqasının yeni mövsümündə mübarizəyə başlayır.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, İrlandiyada “Şelbrun”un qonağı olacaq Azərbaycan çempionu səfərə hazırlaşır - “Köhlən atlar” Bakını oyundan iki gün əvvəl tərk edəcək.

İyulun 21-də saat 15:00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti axşam saatlarında Dublinə çatacaq.

Təmsilçimizin paytaxtın dəbdəbəli məkanlarından sayılan “Clayton Ballsbridge” hotelində məskunlaşacağı da dəqiqləşib.

İyulun 22-də Bakı vaxtı ilə saat 21:45-də Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq, bundan 15 dəqiqə sonra “Qarabağ”ın oyunöncəsi son məşqi baş tutacaq.

Qeyd edək ki, iyulun 23-də “Tolka Park” stadionunda keçiriləcək “Şelbrun” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

İdman.biz

Məqalədə: