Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo İtaliyanın "Komo" klubunun matçında tribunada görüntülənib.
İdman.biz-in "Hola" nəşrinə istinadən verdiyi məlumata görə, o, görüşü “Barselona”nın keçmiş futbolçusu, hazırda isə “Komo”nun baş məşqçisi Sesk Fabreqasın həyat yoldaşı Daniella Seman ilə birgə izləyib.
Nəşrin yazdığına görə, Antonella və Daniella uzun müddətdir rəfiqədirlər və tez-tez bir-birlərinə baş çəkirlər. Bildirilir ki, Daniella Messinin ailəsini gəzən şayiələrdən açıq şəkildə dəfələrlə müdafiə edib.
İdman.biz