“Zirə”nin iştirak ərizəsi açıqlanıb

Xəbərlər
19 İyul 2025 11:43
48
“Zirə”nin iştirak ərizəsi açıqlanıb

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

İdman.biz xəbər verir ki, Bakı təmsilçisi 21 futbolçu sifariş edib.

Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva

Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev

Yarımmüdafiəçilər: İsmayil İbrahimli, George Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate

Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibie.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Cavab oyununa iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start veriləcək.