Avropada 5-ci het-trik

Xəbərlər
18 İyul 2025 11:59
59
Avropada 5-ci het-trik

Azərbaycanı Avropa Liqasında təmsil edən “Sabah”ın I təsnifat mərhələsində “Selye” ilə Sloveniyadakı cavab görüşü het-triklə əlamətdar olub.

İdman.biz xəbər verir ki, Bakı klubunun futbolçusu Coy Lens Mikels meydan sahiblərinin qapısına 3 qol vurub.

31 yaşlı almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçu olub. Mikelsə qədər buna 4 futbolçu nail olub. Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqləniblər. Mikels bu turnirdə 3-cü het-trikin müəllifi olub. O, buna səfərdə nail olan ikinci oyunçudur.

2000/01 mövsümü, Çempionlar Liqası
Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

2014/15 mövsümü, Avropa Liqası
Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

2015/16 mövsümü, Avropa Liqası
Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

2024/25 mövsümü, Çempionlar Liqası
Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) – 5:0

2025/26 mövsümü, Avropa Liqası
Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)

Qeyd edək ki, evdə 2:3 hesabı ilə məğlub olan “Sabah” səfərdəki görüşün 90 dəqiqəsində eyni nəticə ilə qalib gəlsə də, əlavə vaxtda buraxdığı topla Avropa Liqası ilə vidalaşıb və Konfrans Liqasında mübarizə aparacaq.

İdman.biz