“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri SATIŞDA

Xəbərlər
18 İyul 2025 11:20
61
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri SATIŞDA

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır.

Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Qeyd edək ki, qarşılaşma iyulun 24-də, saat 20:00-da, “Dalğa Arena”da start götürəcək.

İdman.biz