“Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib

Xəbərlər
17 İyul 2025 20:14
69
“Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib

Konfrans Liqasında çıxış edəcək "Araz-Naxçıvan" Ərzurumda təlim-məşq toplanışı çərçivəsində növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı son sınaq matçında yerli “Trabzonspor”la qarşılaşıb.

Super Liqa təmsilçisi ilə görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. Fasilədən sonra daha inamlı təsir bağışlayan "Araz-Naxçıvan" qalib gəlib. Komandanın heyətində Çarles Boli, Bəxtiyar Həsənalızadə, Slavik Alxasovl fərqləniblər.

Yoxlama oyunu
17 iyul
18:00. "Araz-Naxçıvan" - "Trabzonspor" - 3:2
Qollar:
Çarles Boli, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov.

Qeyd edək ki, Konfrans Liqasında oynayacaq "Araz-Naxçıvan" Türkiyədə əvvəlki yoxlama oyunlarında yerli “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspor"a 1:2 hesabı ilə uduzub.

İdman.biz