Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 2 qarşılaşma baş tutacaq.
Hər iki matç eyni saatda başlayacaq. Bu qarşılaşmalardan birində isə “Qarabağ”ın II təsnifat mərhələsindəki potensial rəqibləri "Linfild"lə (Şimali İrlandiya) "Şelburn" (İrlandiya) üz-üzə gələcək. Cütün qalibi Azərbaycan çempionuna rəqib olacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul
22:45. "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya)
İlk oyun - 0:1
22:45. "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun: 0:1
Qeyd edək ki, bir gün öncə 6 komanda II təsnifat mərhələsinə yüksəlib.
İdman.biz