Renat Dadaşov özünə yeni klub tapıb - MÜQAVİLƏ

Xəbərlər
15 İyul 2025 14:31
56
Renat Dadaşov özünə yeni klub tapıb - MÜQAVİLƏ

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.

İdman.biz xəbər verir ki, “Radomyak”dan ayrılan 26 yaşlı hücumçu "Motor Lublin" klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

O, yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Dadaşov "Motor Lublin"in rəsmi saytına bildirib ki, komandada debütü səbirsizliklə gözləyir.

Qeyd edək ki, komanda mövsümdə ilk oyununu iyulun 20-də Qdınya "Arka"sına qarşı keçirəcək.

İdman.biz