UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Xorvatiya) oyununun biletləri bu gün satışa çıxarılacaq.
Bu barədə İdman.biz-ə klubdan məlumat verilib.
Biletlərin qiyməti sektorlara əsasən, müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edəcək.
Biletləri “Zirə” İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.
Qeyd edək ki, “Zirə” - “Hayduk” oyunu iyulun 23-də olacaq.
İdman.biz