"Qalatasaray" və "Napoli" Viktor Osimhenlə bağlı ödəniş qrafikində razılığa gələ bilmir.
İdman.biz xəbər verir ki, məşhur insayder Fabrizio Romanonun məlumatına görə, İtaliya çempionu nigeriyalı hücumçu üçün 40 milyon avronu dərhal, qalan 35 milyonu isə 2026-cı ildə, həmçinin onun gələcək satışından faiz də tələb edir.
"Qalatasaray" isə sonraya qalacaq 35 milyon avro məbləği 2027-ci ilə kimi ödəmək istəyir və gələcək satışdan faiz bəndinin müqaviləyə salınmasına qarşıdır.
Qeyd edək ki, daha əvvəl icarə əsasında Osimheni heyətinə qatan Türkiyə çempionu onun 75 milyon avroluq transfer məbləğini aktivləşdirməyə razı olmuş, lakin bu məbləği 5 il ərzində ödəməyi təklif etmişdi.
İdman.biz