Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Avstriya “Zaltsburq”u ilə üz-üzə gəlib.
Qarşılaşma yerli komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Nəriman Axundzadə fərqlənib.
Yoxlama oyunu
15 iyul
20:00. “Qarabağ” - “Zalsburq” (Avstriya) - 1:2
Qollar: Nəriman Axundzadə, 43 - Kitano, 29. Baydu, 56
Alois Latini Stadion
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda Ukrayna "Metallist"inə (Xarkov) 4:5 hesabı ilə uduzub. Ardınca “Tvente” (Niderland) ilə matça çıxıb – 3:2, 1:2. Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Ağdam təmsilçisi Bakıdakı yoxlama görüşündə isə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.
İdman.biz