"İmişli"nin yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi bəlli olub

Xəbərlər
14 İyul 2025 18:00
40
"İmişli"nin yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi bəlli olub

"İmişli"nin yoxlama oyunlarındakı daha iki rəqibi bəlli olub.

Klubun mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, komanda iyulun 19-da “Araz Naxçıvan-2”, iyulun 23-də isə “Sumqayıt”la qarşılaşacaq.

"İmişli" avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar daha əvvəl açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

İdman.biz