“Etiraf edim ki, bəzən əvvəlki rejim, intizam və bədən forması üçün darıxıram”.
İdman.biz xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Arif İsayev deyib.
İllər öncə karyerasını bitirən “Gənclərbirliyi”nin yetirməsi hazırda şəxsi bizneslə məşğuldur.
O, “restoranla futbolun oxşar cəhətləri hansılardır” sualına cavabında aşağıdakıları söyləyib: “Bir-birindən fərqləndiklərini deyə bilərəm. Futbolçu həyatı elədir ki, rejimi qorumalısan, yeməyin, məşqin, istirahətin vaxtına xüsusi diqqət yetirməlisən.
Bir növ ciddi intizam tələb edir. Restoran işi o qədər də tələbkar deyil. İşi nizama salırsan, personal özü mexanizm kimi çalışır.
Yəni səhər tezdən durmaq, filan vaxt yatmaq kimi öhdəliklərin yoxdur.
Ona görə də çəkimə nəzarət edə bilmirəm, Allah bilir, hansı rəqəmlərə gedib çıxıb”.
İdman.biz