“Turan Tovuz” "Sabah"ın futbolçusunu icarəyə götürüb

Xəbərlər
10 İyul 2025 18:15
35
“Turan Tovuz” "Sabah"ın futbolçusunu icarəyə götürüb

Azərbayca Premyer Liqasında çıxış edən “Turan Tovuz” növbəti transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, komanda Abdulla Rzayevi heyətinə cəlb edib.

“Sabah”a məxsus olan müdafiəçi icarə əsasında Tovuz təmsilçisinin şərəfini qoruyacaq. Əvvəllər “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

İdman.biz