"Sabah"ın "Selye" ilə oyununa satılan biletlərin sayı açıqlanıb

Xəbərlər
9 İyul 2025 15:43
41
"Sabah"ın "Selye" ilə oyununa satılan biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Sabah" və Sloveniyanın "Selye" komandaları arasında keçiriləcək ilk oyun üçün satılmış biletlərin sayı açıqlanıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, hələlik 5000 bilet satılıb.

Bildirilib ki, bilet satışı qarşılaşma başlayanədək davam edəcək.

Qeyd edək ki, ilk oyun iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü isə iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İdman.biz