“Sabah” iştirak ərizəsini UEFA-ya göndərib - HEYƏT

Xəbərlər
8 İyul 2025 13:17
93
“Sabah” iştirak ərizəsini UEFA-ya göndərib - HEYƏT

Avropa Liqasında debüt edəcək “Sabah” iştirak ərizəsini UEFA-ya göndərib.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun sahibi I təsnifat mərhələsində Sloveniyanın "Selye" klubu ilə oyun üçün 23 futbolçu sifariş edib.

Baş məşqçi Valdas Dambrauskasın sərəncamında 3 qapıçı, 8 müdafiəçi, eyni sayda yarımmüdafiəçi və 4 hücumçu olacaq.

Qapıçılar: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 92. Stas Pokatilov;

Müdafiəçilər: 2. Amin Seydiyev, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 40. İqor Noqeyra, 53. Andrey Santos, 80. Akim Zedadka;

Yarımmüdafiəçilər: Zinədin Uld Xaled, 6. Abdulax Xaybulaev, 8. Ayaz Quliyev, 10. Anatoli Nuriyev, 11. Kahim Parris, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 88. Xəyal Əliyev;

Hücumçular: 18. Pavol Safranko, 20. Coy Lens Mikels, 70. Cesse Sekidika, 99. Neqoş Kupusoviç.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İdman.biz