"Neftçi" Venesuela millisinin futbolçusunun razılığını alıb

Xəbərlər
7 İyul 2025 12:04
55
"Neftçi" Venesuela millisinin futbolçusunun razılığını alıb

"Neftçi"nin İsrail klubu "Makkabi Netanya"nın futbolçusu Freddi Varqasla danışıqları müsbət yekunlaşıb.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, Venesuela millisinin yarımmüdafiəçisi bakılıların təklifini qəbul edib.

Həmçinin, İsrail klubu da bu transferə razılığını verib.

Varqasın tezliklə Azərbaycana gələrək yeni komandası ilə münasibətləri rəsmiləşdirməsi gözlənilir. Ölkəsində "Deportivo Lara"nın yetirməsi olan 26 yaşlı pleymeyker ABŞ və İsraildən sonra Azərbaycanda legioner həyatı yaşayacaq.

Qeyd edək ki, Freddi Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığması ilə oyunda iştirak edib. Meneceri açıqlamasında heç bir təklif almadıqlarını desə də, görünür, onun dedikləri iz azdırmaq üçün imiş.

İdman.biz