"Qarabağ" Avstriyada “Metallist”ə qarşı

Xəbərlər
7 İyul 2025 09:41
48
"Qarabağ" Avstriyada “Metallist”ə qarşı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirəcək.

İdman.biz məlumatına görə, Azərbaycan çempionu Xarkov “Metallist”i ilə qarşılaşacaq.

Kaprun stadionunda baş tutacaq matç saat 19:30-da başlayacaq.

Yoxlama oyunu
7 iyul
19:30. "Qarabağ" – “Metallist” (Xarkov, Ukrayna)

Avstriya, Kaprun stadionu

Qeyd edək ki, Bakı toplanışında "Zirə"ni 4:0 hesabı ilə məğlub edən “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək.

İdman.biz