Davide Ançelotti "Botafoqo"nu çalışdıra bilər

Xəbərlər
6 İyul 2025 21:43
33
Davide Ançelotti "Botafoqo"nu çalışdıra bilər

İtaliyalı Davide Ançelotti klubların dünya çempionatında çıxış etmiş Braziliya "Botafoqo"sunu çalışdıra bilər.

İdman.biz xəbər verir ki, 35 yaşlı mütəxəssisin klubla danışıqlarında atası Karlo Ançelotti ilə Braziliya millisində köməkçi kimi də işləyib-işləməyəcəyi məsələsi də müzakirə olunur.

Davide Ançelotti atasının çalışdırdığı "Bavariya", "Napoli", "Everton" və "Real Madrid"də baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

"Botafoqo" ilə danışıqlar uğurlu alınsa, bu onun baş məşqçi kimi ilk təcrübəsi olacaq.

İdman.biz