"Boavişta"nın futbolçusu "Kəpəz"də - FOTO

Xəbərlər
5 İyul 2025 17:50
92
"Boavişta"nın futbolçusu "Kəpəz"də -  FOTO

"Kəpəz" daha bir futbolçu ilə güclənib.

İdman.biz xəbər verir ki, portuqaliyalı Pedro Qomes bölgə klubuna transfer olunub.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomes ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.

İdman.biz