“Zirə” Rövlan Muradovu transfer edib

Xəbərlər
1 İyul 2025 14:26
46
“Zirə” Rövlan Muradovu transfer edib

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Bakı təmsilçisi Rövlan Muradovu heyətinə qatıb.

“Zirə” futbolçuyla 2+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində “Qəbələ”, “Slaviya B” və “Sumqayıt”da çıxış edib.

İdman.biz