Dünya çempionatında fasilələr artırıla bilər

Xəbərlər
1 İyul 2025 10:59
58
Dünya çempionatında fasilələr artırıla bilər

Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FIFPro) 2026-cı il dünya çempionatı matçlarında fasilələrin müddətinin artırılmasını təklif edir.

İdman.biz "Reuters"ə istinadən xəbərt verir ki, fasilənin 15 dəqiqədən 20 dəqiqəyə qədər artırılması təklif olunub.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 16 şəhərdən doqquzunda "isti hava ilə bağlı xəstəliklər riskinin son dərəcə yüksək" hesab edilən şərtlər mövcuddur.

Atlanta, Boston, Dallas, Qvadalaxara, Hyuston, Kanzas Siti, Mayami, Monterrey və Filadelfiyada təhlükəli isti və rütubətin olacağı gözlənilir ki, bu da oyunçuların təhlükəsizliyi üçün problemlər yarada bilər.

FIFPro-nun tövsiyələrinə əsasən, 28 dərəcədən yuxarı temperatur oyunçuların sağlamlığını qorumaq üçün matçların təxirə salınmalı və ya başqa vaxta keçirilməli olduğu şərtləri göstərir.

İdman.biz