"Karvan" kapitanı ilə yollarını ayırıb

Xəbərlər
29 İyun 2025 13:40
40
"Karvan" kapitanı ilə yollarını ayırıb

2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" klubu futbolçusu Müşviq Teymurovla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, onunla başa çatan müqavilə yenilənməyib.

Yevlax futbol məktəbinin yetirməsi olan Müşviq Teymurov son iki mövsüm "Karvan"da 45 oyun keçirib. O, komandanın kapitanlarından olub.

İdman.biz